XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kollec “Azərsu” ASC-ni məhkəməyə verdi
Ölkə09:38 28.10.2021

Kollec “Azərsu” ASC-ni məhkəməyə verdi

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci "Azərsu” ASC-ni məhkəməyə verib.
"Report”un məlumatına görə, kollec Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ASC-yə qarşı kommunal xərclərlə bağlı tələb irəli sürüb.
İddia hakim Zaur Pirverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 15-nə təyin edilib.