Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Qaynarinfo Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,5 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,8 % artıb, idxal isə 24,1 % azalıb.
Son nəticədə xarici ticarətdə 10 milyard 392 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,2 dəfə çoxdur.
Şərhlər