XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama
Ekonomiks15:42 15.09.2026

Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama

"Yeni ilə qədər sənaye üsulu ilə istehsal olunan yumurtanın qiymətində artım gözlənilmir".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.

Onun sözlərinə görə, hazırda yumurtaya tələbat artsa da, bu, sənaye üsulu ilə istehsal olunan yumurtanın qiymətinin bahalaşmasına səbəb olmayacaq:

"Sənaye üsulu ilə istehsal olunan yumurtanın qiyməti qalxmayacaq. Hazırda bir ədəd yumurtanın qiyməti 13 qəpikdir. Yeni dərs ili başlayan kimi tələbat da artır. Hər gün evdən dərsə gedən uşaqlar ən azı bir yumurta yeyir".

Mürvət Həsənli kənd yumurtasının qiymətində isə artım olacağını düşünür. Onun sözlərinə görə, payız aylarında kənd yumurtasının qiyməti yüksələ bilər:

"Üzü payıza doğru, yəqin ki, artım olacaq".

Bahar Rüstəmli