İdman 10:13 26.03.2020

Koronavirusa yoluxan idmançılar və idman adamları - ƏN SON SİYAHI

Dünyada yayılan koronavirus pandemiyası idman sahəsinə də təsirsiz ötüşməyib. 

Qaynarinfo xəbər verir ki, önəmli turnirlərin əksəriyyəti təxirə salınıb. Həmçinin virusun yayıldığı ölkələrdə bəzi tanınmış idmançılar və idman adamları da koronavirusa yoluxub. Çoxunun adı ictimaiyyətdən gizli saxlanılsa da, isimləri bilinənlər də var.

Onların adlarını təqdim edirik:
 
"Arsenal”ın baş məşqçisi Mikel Arteta;

"Fiorentina”nın futbolçuları – Duşan Vlahoviç, Patrik Kutrone, Herman Petselya;

"Valensiya”nın futbolçuları – Esekiel Qaray və Elyakim Manqalya, Xose Luis Qaya;

"Yuventus”un futbolçuları – Daniel Ruqani, Blez Matuidi, Paolo Dibala;

Danimarkalı sabiq futbolçu Tomas Kalenberq;

"Paderborn”un futbolçusu Luka Kilian;

"Sampdoriya”nın futbolçuları – Manolo Qabbyadini, Omar Kolli, Albin Ekdal, Antonio La Qumina, Morten Torsbi; Edgar Barreto;

"Herta”nın futbolçusu Maksimilian Mittelştedt

"Hannover”in futbolçuları Yannes-Kilian Horn, Timo Hubers

"Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi (sağalıb);

"Espanyol”un futbolçusu U Ley;

İtaliya futbolunun canlı əfsanəsi Paolo Maldini;

"Milan”ın futbolçusu Daniel Maldini;

Çinin "Şandun Lunen” klubunun futbolçusu Maruan Fellaini;

"Real”ın sabiq prezidenti Lorenso Sans (xəstəlikdən vəfat edib);

"Portsmut”un futbolçuları Ceyms Bolton, Endi Kannon və Sin Raqqett;

Futbol üzrə Meksika liqasının rəhbəri Enrike Bonilya;

Braziliyanın "İnternasional” klubunun prezidenti Marselo Medeyros;

"Verona” klubunun futbolçusu Mattia Zakkani;

Yaponiya Futbol Assosiasiyasının prezidenti Kodzo Tasima;

İspaniyanın "Atletiko Portado Alta” klubunun futbolçusu Fransisko Qarsiya (xəstəlikdən vəfat edib);

İsveçrə Futbol Federasiyasının prezidenti Dominik Blank;

Serbiya Futbol Birliyinin (FSS) prezidenti Slaviş Kokez;

Fransanın "Trua” klubunun cənubi koreyalı futbolçusu Sok Hyon Cun;

İspaniyanın "Leqanes” klubunun baş direktoru Martin Orteqa;

İtaliyanın "Novara” klubunun sahibi Mauritsio Rullo;

Futbol üzrə Danimarka yığmasının sabiq üzvü Tomas Kahlenberq;

"Elçe”nin futbolçusu Conatas;

"Berqantinyos”un futbolçusu Yelko Alfaya;
 
"Atalanta"nın qapıçısı Marko Sportiello;
 
İspaniyalı mütəxəssis, dünya çempionu Benito Xoanet (xəstəlikdən ölüb);
 
"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak;
 
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim;
 
Madrid "Real"ının sabiq prezidenti Fernando Martin Alvares;

 "Bruklin Nets"in basketbolçusu Kevin Dyurent; 

"Real"ın basketbolçusu Trey Tompkins; 

"Yuta Caz"ın basketbolçuları - Rudi Qober və Donovan Mitçell;
 
"Detroyt Pistons"un basketbolçusu Kristian Vud;
 
MMA veteranı Kristian Binda.