Dünya 09:40 26.01.2020

Koronavirusa yoluxanların sayı 2002-yə, ölənlərin sayı 56-ya çatdı

Çində koronavirusa yoluxanların sayı artıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, Çin Xalq Respublikası Regionlarının Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsinin məlumatına görə, koronavirusa yoluxanların sayı 2002 nəfərə çatıb. Xəstəlik həmçinin 56 nəfərin həyatına son qoyub. 

Çin hakimiyyəti daha əvvəl 1975 nəfərin xəstəliyə yoluxması barədə xəbər yayıb.