12 aprel ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 50 il əvvəl, yəni 1961-ci ilin aprelin 12-də Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. Bu ərəfədə analitik.az oxucularına kosmosla bağlı maraqlı faktları təqdim edir:
Orbitdə günəş hər 90 dəqiqən bir doğur və batır, ona görə də gün ərzində düz 16 dəfə dan yerini müşahidə etmək olar. Belə bir rejimə görə kosmosda yatmaq asan deyil. Bu səbəbdən kosmonavtlar Yer saatına şərti olaraq riayət edə bilirlər. 2001-ci ildə aparılan tədqiqatlar göstərib ki, Yerdə xoruldayan adamlar kosmosda çox sakitcə yatırlar. Ağırlıq qüvvəsinin olmaması xorultunu azaldır.
Ağırlıq qüvvəsinin olmaması onurğa sütununu demək olar ki, 5-8 santimetr uzadır. Təəssüf ki, bu artıq artım sinir sistemində problem, beldə ağrılar və ya fəsadlar yarada bilər. Bəzi məhsullar və ədviyyatları kosmosda yalnız maye şəklində istifadə etmək olar. Məsələn, duz və istiot, sadəcə, havaya sovrula biər. Bu da ventilyatorların tutulmasına gətirib çıxara bilər və ya gözə düşüb xoşagəlməz hiss yarada bilər.
Tarixdə kosmosda ən uzun qalma müddəti 747 sutka olub. Rusiyalı kosmonavt Sergey Avdeyev kosmosda ən uzun yaşamaq üzrə rekord müəyyənləşdirib. O, Mir kosmik stansiyasının göyərtəsində ümumilikdə 747 sutka 17 saat qalıb. 2004-ci ilin məlumatına görə, 439 nəfər kosmonavtdan 11-i məşq zamanı, 18-i start zamanı ehtiyatsızlıq üzündən, yalnız 3 nəfəri - "Soyuz -11" komandası bilavasitə kosmosda həyatlarını itiriblər. Georgi Dobrovolski, Viktor Patsayev və Vladislav Volkov 1971-ci ildə gəmidən modulunun ayrılması zamanı yaranan nasazlıq nəticəsində həlak olublar.

Demək olar ki, hər bir astronavt bu "kosmik" xəstəliyi keçirib. Vestibülyar aparatın siqnalları, cazibə qüvvəsinin olmaması səbəbindən ziddiyyətli olur. Nəticədə oriyentasiya hissi itir. Astronavtların çoxu hətta öz əl və ayaqlarının harda yerləşdiyini hiss etmirlər. Yerə qayıtdıqdan sonra əşyaların hər halda aşağı düşdüyünə öyrəşmək çox çətin olur. Kosmonavtlar kosmosda cazibə qüvvəsinin olmamasına o qədər adət edirlər ki, yerə qayıtdıqdan sonra əşyaları havada əllərindən buraxmaq adətlərini çətin tərgidə bilirlər. Kosmosda vanna qəbul etmək mümkün deyil, burada gigiyena üçün nəm salfetlərdən istifadə edirlər. Dişləri təmizləmək də problemlər yaradır. Kosmosda diş məcunu köpüyünü sadəcə udmaq lazımdır.
Astronavtlar kosmosdan Yerdən heç vaxt görünməyən mənzərələri seyr edirlər: Yer kürəsi qarafonda mavi disk kimi görünür. Ayın əks tərəfi gözlərdə qəribə işıq qığılcımları ilə müşahidə edilir. Demə bu, beynin işıq kimi qəbul etdiyi kosmik radiasiyadır. Belə qığılcımlar göz üçün çox zərərlidir və bu səbəbdən bir çox kosmonavtlarda sonradan görmə problemləri yaranır.
Ayda ucaldılmış abidə mövcuddur. Bu skafandr geyindirilmiş alüminium fiqurdur. Bu abidə həlak olmuş kosmonavtların xatirəsinə 1971-ci ildə Apollona -15-in idarə heyəti tərəfindən qoyulub. Abidənin yanındakı lövhədə Yuri Qaqarin də daxil olmaqla, 14 nəfər kosmonavtın adı var. Kosmonavtlar kosmosda həm də yerdəki kimi ağlaya bilməzlər. Kosmosda göz yaşları aşağı axmır, gözlərdə kiçik kürəcik şəklində qalırlar . Üstəlik onlar gözdə xoşagəlməz qaşınma doğura bilər.
Qaynar.info
Şərhlər