Xəbər lenti

Ginekoloq 94 xəstəyə qarşı zorakılıq etdi, 21 il azadlıqdan məhrum olundu
Dünya 17:32 07.06.2025

Ginekoloq 94 xəstəyə qarşı zorakılıq etdi, 21 il azadlıqdan məhrum olundu

Norveçdə 55 yaşlı ginekoloq Arne Bye 2004-2022-ci illər arasında törətdiyi zorlama və cinsi təcavüzə görə 21 il həbs cəzasına məhkum edilib. 

Qaynarinfo xəbər verir ki, Arne Byenin müdafiəsi ittihamların yalnız bir hissəsini qəbul edərək daha yüngül cəza - 17 ildən 18 ilədək həbsdə israr edib.

Hln.be-nin məhkəmə mənbələrinə istinadən verdiyi məlumata görə, Arne Bye 70 zorlama və cinsi təcavüz, həmçinin 82 vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib. Ümumilikdə 94 qadın zorakılıq halları ilə bağlı ifadə verib.

İş materiallarına görə, həkim ginekoloji müayinələr zamanı təkcə barmaqlarından deyil, həm də heç bir tibbi əlaməti olmayan yad cisimlərdən istifadə edib ki, bu da Norveç qanunlarına görə zorlama kimi təsnif edilir. O, hərəkətlərini videokameraya çəkib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->