Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah Livanın baş naziri Səad Həririnin Səudiyyə Ərəbistanında ev dustaqlığında saxlanıldığını iddia edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, baş katib "Səudiyyə Ərəbistanı Livanda yeni baş nazir istəyir. Bu ölkə Livan və Hizbullaha qarşı müharibə elan edib, İsraili Livanı vurmağa təşviq edir. Baş nazir Həriri Riyadda ev həbsindədir və ona qarşı atılan bu addım bütün livanlılara təhqirdir. Səudiyyənin digər ölkələrdəki kimi Livan üçün hazırladığı plan da uğursuzluqla nəticələnəcək" deyib.
Qeyd edək ki, Həriri təxminən 1 həftə əvvəl Səudiyyə Ərəbistanına səfəri zamanı Hizbullah və İran əleyhinə fikirlər səsləndirərək istefa verdiyini açıqlayıb. O gündən etibarən sabiq baş nazirdən bir xəbər almaq mümkün deyil. Livan höküməti də Səad Həririnin Riyadda zorla saxlandığını açıqlayıb.
Gülşən
Qaynarinfo.Az
Şərhlər