İdman 21:30 24.10.2020

“Liverpul” Türkiyə millisinin üzvünü transfer edir

"Liverpul” ağır zədə alan və mövsümün sonunadək yaşıl meydanlardan kənarda qalmaq ehtimalı olan Vircil van Deykə əvəzləyici tapıb.

Qaynarinfo xəbər verir ki, son İngiltərə çempionu Almaniyanın "Şalke 04" klubunda çıxış edən Ozan Kabakı transfer etmək qərarına gəlib. Məlumata görə, Bundesliqa təmsilçisi Türki millisinin mərkəz müdafiəçisini 29 milyon avroya satmağa razıdı. 20 yaşlı futbolçunun "Şalke 04"lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Ozan Kabak 2019-cu ilin yanvarında "Qalatasaray"dan "Ştutqart"a 11 milyon avroya transfer olunub. Gənc müdafiəçi 6 ay sonra 15 milyon avro qarşılığında "Şalke 04"ə keçib. Türkiyə millisinin üzvü ötən mövsüm 28 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.