Xəbər lenti

Liviya hökumət ordusu hava limanı və 2 bölgəni ələ keçirdi
Dünya 11:01 04.06.2020

Liviya hökumət ordusu hava limanı və 2 bölgəni ələ keçirdi

Liviya ordusu Həftər Qüvvələrinin əlində olan Tripoli Hava Limanına nəzarəti yenidən ələ keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Liviya ordusunun sözçüsü Məhəmməd Kununu açıqlama verib. Məlumata görə, ordu daha sonra Ayn Zara və Vadi ər Rəbi bölgələrini də Həftər qüvvələrindən təmizləyib.

Qeyd edək ki, 1934-cü ildə italyanlar tərəfindən inşa edilmiş aeroport paytaxt Tripolinin 27 kilometr cənubunda yerləşir. Hərbi hava bazası kimi qurulan hava limanı 1938-ci ildə genişləndirilib. Həftər qüvvələri buranı 2019-cu ilin aprelində işğal etmişdilər.

Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->