Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, noyabrın 13-də qızılın qiyməti noyabrın 12-i ilə müqayisədə 8,3725 manat azalaraq 1 unsiya üçün 2047,531 manat təşkil edib.
Gümüş 0,1734 manat ucuzlaşaraq 1 unsiya üçün 23,9471 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 14,7815 manat azalaraq 1439,0585 manat, palladiumun qiyməti isə 24,038 manat azalaraq 1879,8345 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Şərhlər