Xəbər lenti

Deputat:
Ölkə 12:43 21.05.2024

Deputat: "İnsan alverinin yaranma mənbəyi üçün əsas şərait yoxsulluqdur"

"Ümumilikdə insan alverinin yaranma mənbəyi üçün əsas şərait yoxsulluq, iqtisadi çətinlik və müharibələrdir". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

"Biz də bunun şahidi olmuşuq və görürük. Çünki vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi. Həmin mənbə ləğv olundu, Azərbaycan öz ərazi bütövlüyün təmin etdi və bu gün orada genişmiqyaslı tikinti quruculuq işləri həyata keçirilir", deyə millət vəkili qeyd edib.

Deputat həmçinin vurğulayıb ki, bu gün dünyada baş verən müharibələr nəticəsində hadisələr insan alverinin artmasına səbəb olur və bu da istər-istəməz dolayısı ilə Azərbaycana da təsir göstərir. Hüquq-mühafizə orqanları da bu sahədə mühüm işlər görür.

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->