Tanınmış televiziya aparıcısı, doktor Yelena Malışeva yaxın gələcəkdə planetin demək olar ki, bütün əhalisinin koronavirusa yoluxacağını deyib.
Qaynarinfo KP.ru-ya istinadla xəbər verir ki, Malışeva Covid-19-u bioloji bir silah hesab etmədiyini bildirib: "Çünki əminəm ki, təbiətin özü elm adamlarının xəyal etmədiyi mutasiyalar yaratmağa qadirdir”.
"Faktiki olaraq demək olar hamıya yoluxacaq", - aparıcı deyib və əlavə edib ki, vəziyyət insanlarda gizli formada mövcud olan herpes virusuna bənzəyəcək.
"Bu virus indi aramızda yayılır", - Malışeva qeyd edib.
Onun sözlərinə görə, virus özünə qarşı immunitet yarada bilər və sübut olunub ki, həqiqətən Covid-19-a qarşı da immunitet yaranır. İnsanların 80%-i virusu ayaq üstə və demək olar ki, asemptomatik keçirir, orqanizmləri bu infeksiyaya alışır.
Bu ilin payızında baş verə biləcək yeni epidemiyaya gəlincə, o hesab edir ki, bu, mümkün deyil, olsa da, hər il baş verən qrip və SARS kimi kiçik miqyasda baş verə bilər.
"Və bu virus da eyni cür olacaq", - ekspert fikrini yekunlaşdırıb.
Alpər
Şərhlər