Mayaların 819 günlük dövriyyəyə malik təqvimi alimlərin onilliklərdir baş sındırdığı mövzular arasındadır. Son araşdırmalar göstərir ki, bu təqvim 45 illik müddət ərzində planetlərin dövriyyələri ilə necə uyğunlaşır. Alimlər təqvimi daha əvvəl heç kimin nəzər salmadığı bir baxış bucağı ilə araşdıraraq sirli mexanizmini açmağı bacarıblar.
Qaynarinfo xəbər verir ki, Tulane Universitetindən iki tədqiqatçı "Ancient Mesoamerica" jurnalında dərc edilən araşdırmada 819 günlük dövriyyəni izah etməkdə çətinlik çəkdiklərini bildirib.
Maya təqvimi və planet dövriyyələri
Araşdırmanın müəllifləri qeyd edir: "Əvvəlki tədqiqatlar əsasən 819 günlük dövriyyənin planetlərlə əlaqəsini göstərməyə fokuslanmışdı. Lakin bu təqvimdəki dörd hissəli və rəng yönümlü sxem görünən planetlərin sinodik dövrlərinə uyğun gəlmirdi, çünki bu dövrlər daha uzun idi. 819 günlük dövriyyə 20 dəfə artırıldıqda, bütün görünən planetlərin sinodik dövrləri ilə uyğunlaşan bir model ortaya çıxır".
Bu kəşf, Mayaların 45 illik planet düzülüşlərini anlayaraq bunu öz təqvimlərinə kodladığını və bu sirrin müasir alimləri heyrətləndirdiyini göstərir.
Maya təqvimi və sinodik dövrlər
Maya mədəniyyətində müxtəlif təqvim növləri mövcuddur. Ən sirli təqvim isə 819 günlük dövrü ilə seçilən və qədim glif mətnlərdə aşkar edilən təqvimdir. Uzun müddətdir bu təqvimin planetlərin hərəkətləri ilə əlaqəli olduğu düşünülürdü, lakin hər planetin fərqli sinodik dövrləri bu əlaqəni tam izah edə bilmirdi.
Tədqiqatlar göstərir ki, 819 gün deyil, ümumilikdə 16.380 gün (təxminən 45 il) araşdırıldıqda bu uyğunsuzluq həll olunur. Bu dövr ümumilikdə 20 ədəd 819 günlük dövr deməkdir.
Aydın
Şərhlər