Xəbər lenti

İçkili halda işıq və qaza görə 102-yə zəng etdi, həbs olundu
Ölkə 20:00 22.10.2025

İçkili halda işıq və qaza görə 102-yə zəng etdi, həbs olundu

Daxili İşlər Nazirliyinin (DİN) 102 Xidməti-Zəng Mərkəzinə elektrik enerjisi və qaz təchizatının kəsilməsi ilə bağlı şikayət edən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Lerik rayonunda anadan olmuş G.B. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işə məhkəmədə baxılıb. 

Belə ki, təqsirləndirilən şəxs 102 mərkəzinə zəng edərək yaşadığı evdə elektrik enerjisi və qaz təchizatının kəsilməsi ilə bağlı şikayət edib, maddi imkanı olmadığı üçün kommunal xidmətlər bərpa etdirə bilmədiyini və kömək göstərilməsini xahiş edib. 

Vətəndaş həmin vaxt spirtli içki qəbul etdiyindən 102 xidmətinə bir neçə dəfə təkrar zəng edərək məlumat verib, bu zaman əsəbləşərək təhqiredici ifadələr işlədib. 

Məhkəmədə əməlindən peşman olduğunu deyə G.B. həmin vaxt içkili olduğunu deyib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->