"Xəzərin suyunun quruması region üçün böyük təhlükədir".
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev Xəzər dənizinin geri çəkilməsi nəticəsində bəzi sahil zolaqların xəritədən silinə biləcəyi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, suyun quruması Xəzərin sahilində infrastrukturun dəyişməsidir:
"Xəzərdə nərəkimilər var, hansı ki, dünyanın heç bir yerində ona rast gəlinmir. Balıqların məhv olması təhlükəsi böyükdür. Xəzərin quruması sahilin strukturunda saysız-hesabsız problemlər yaradacaq. Su 500 metrə kimi geri çəkilib".
Xosrov Musayev əlavə edib ki, Xəzərin problemi təkcə Azərbaycanın deyil, bütün Xəzəryanı ölkələrindir:
"5 ölkə alimləri yığışıb, ortaq məxrəcə gəlib və Xəzərin quruması ilə bağlı araşdırma aparmalıdır. Bununla bağlə 5 ölkə böyük saziş imzalamalıdr. Volqa çayının suyunu iki metrə yaxın artırmışıdlar ki, Xəzərə tökülsün və Volqa çayında gəmiçilik inkişaf etsin. İndi Volqanın da suyu azalıb. Bizdə dəyağıntının miqdarı azalıb, buxarlanma çoxalıb".
Ekspert problemin həllinin beynəlxalq müzakirədən keçdiyini vurğulayıb:
"Bir problem beynəlxalq səviyyədə araşdırılıb. Amma elmi izahını verə bilmədilər".
Qeyd edək ki, Xəzər dənizində suyun səviyyəsi ildən ilə enir. Mütəxəssislər hesab edir ki, suyu quruyan ərazilər xəritədən silinə bilər.
Bahar Rüstəmli
Şərhlər