Yaponiyanın ilk qadın baş naziri Sanae Takaiçi mətbuat konfransında bildirib ki, o, Koreya istehsalı kosmetik məhsullardan istifadə edir və dramalara baxmağı sevir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Independent” qəzeti məlumat yayıb.
Takaiçi çıxışında Yaponiya ilə Cənubi Koreya arasındakı münasibətləri heç vaxt olmadığı qədər möhkəm adlandırıb və yaxın zamanda Cənubi Koreya prezidenti Li Cae Myon ilə görüşmək istədiyini bildirib.
"Əvvəlki administrasiyaların qoyduğu təməl üzərində əlaqələrimizi daha da inkişaf etdirmək istəyirəm", deyə baş nazir qeyd edib.
21 oktyabr tarixində Yaponiyanın parlamentinin aşağı palatası 4 oktyabrda Liberal Demokrat Partiyasının yeni lideri seçilən Sanae Takaiçinin baş nazir təyinatını təsdiqləyib.
Takaiçinin siyasi xətti ölkənin milli müdafiəsini gücləndirməyə, ənənəvi yapon dəyərlərini bərpa etməyə və sərt miqrasiya siyasətini həyata keçirməyə yönəlib. O, həmçinin feminizm ritorikasından uzaq durur və gender bərabərliyi hərəkatları ilə razılaşmadığını açıq şəkildə bildirir.
Yeni baş nazir etiraf edib ki, "dəmir ledi” adlandırılan Marqaret Tetçeri özünə rol modeli hesab edir və Yaponiyanın da bu cür liderliyə ehtiyacı olduğuna inanır.
Aydın
Şərhlər