Xəbər lenti

Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edəcək
Ekonomiks 09:53 16.02.2024

Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin səlahiyyətlərini icra edən Məcnun Məmmədov fevralın 23-də, saat 09:00-da Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Qaynarinfo xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-993-18-18) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->