MEDİA-nın Müşahidə Şurası üzvlərinin sayı azaldıldı (FƏRMAN)

MEDİA-nın Müşahidə Şurası üzvlərinin sayı azaldıldı (FƏRMAN)

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli fərmanında dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı dövlət başçısı fərman imzalayıb.

Hazırda Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

Fərmanla həmin üzvlərin sayı 4-ə endirilir.
XƏBƏRLƏR
BLOGLAR
X