Məhərrəm Novruzovun kürəkəni sərxoş halda qəza törətdi, 4 nəfər öldü (FOTO/VİDEO)
Novxanı-Sumqayıt yolunda "Range-Rover” qəza törədib.
APA xəbər verir ki, "Spring” otelin qarşısında Kəlbəliyev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı "Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra "Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Damas”da olan 3 nəfər ölüb.
Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.
Qeyd edək ki, E.Kəlbəliyev "Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər