İdman 18:56 26.07.2021

Məmmədyarovun erməniyə məğlub olmasının səbəbi müəyyənləşdi

Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov əməliyyat olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə qrossmeysterimiz şəxsi instaqram səhifəsində məlumat paylaşıb. O sosial şəbəkə hesabında foto yerləşdirib və bu sözləri yazıb: "Salam dostlar. Soçidə dünya kubokunda halım pis idi və gələn kimi çox önəmli əməliyyat keçirdim. Şəkildəki bu hörmətli həkimlərə dərin təşəkkürümü bildirirəm. Bayramovlar həm gözəl həkim, həm də şahmatçı ailəsidir. Təşəkkürlər, artıq evdəyəm".

Məmmədyarov Soçidə olduğu müddətdə səhhətində yaranan ciddi problemlərə görə zəif çıxış edərək 1/16 final mərhələsində erməni şahmatçı Maritrosyana məğlub olaraq dünya kuboku ilə vidalaşmışdı.

Səbuhi Həsənov