Video 11:28 07.12.2019

Merkel Hitlerin qorxunc düşərgələrinə baş çəkdi (VİDEO)

Angela Merkel Polşanın Auschwitz şəhəri yaxınlığında yerləşən keçmiş nasist konsentrasiya düşərgələrinə baş çəkib. 

Qaynarinfo xəbər verir ki, bu, Alman kanslerinin Auşvits və Auschwitz-Birkenau muzeylərinə son 14 il ərzində ilk ziyarəti olub. 

Merkel Polşanın Baş naziri Mateuş Moravecki ilə birlikdə abidənin ekspozisiyası ilə tanış olub. Dövlət rəhbərləri Ölüm Divarına - məhkumların edam edildiyi yerə çələng qoyub. 

Qeyd edək ki, 1941-1945-ci illərdə Auschwitz yaxınlığındakı konsentrasiya düşərgələrində nasistlər, müxtəlif hesablamalara görə, 1 milyondan çox yəhudi də daxil olmaqla 1,5 milyondan 2 milyon nəfərə qədər insana işgəncə verib.