Xəbər lenti

İdman 13:59 17.09.2022

Məşhur futbolçu kraliçanın tabutunu görmək üçün 12 saat növbədə gözlədi

İngiltərənin paytaxtı Londonda "Westminster Hall"da ictimaiyyətin ziyarətinə açılan Kraliça II Elizabetin tabutunu görmək istəyənlərin növbəsində keçmiş futbolçu Devid Bekhem də görüntülənib.

Qaynarinfo xəbər verir ki, dünyaca məşhur futbolçu Kraliça II Elizabetin cəsədini görmək istəyənlər arasında yer alaraq uzun növbə gözləyib. 

Bu haqda həmin izdihamın içərisində olan insanlardan biri şəxsi tvitter profilində paylaşım edib və Bekhemin 12 saatdır kraliçanın tabutunu görmək üçün növbədə dayandığını yazıb.

Devid Bekhem parlament binasının içərisindəki "Westminster Hall"da saxlanılan kraliçanın tabutunu ziyarət etdikdən sonra ərazidən ayrılıb. 

Britaniyalı teleaparıcı Susanna Rid də növbədə gözləyən məşhurlar arasında olub.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->