XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Araz" supermarketlərdə innovativ yenilik: ovuc ilə ödənişlər başladı
Ekonomiks10:17 18.09.2026

"Araz" supermarketlərdə innovativ yenilik: ovuc ilə ödənişlər başladı

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi müasir texnologiyaların tətbiqi ilə müştərilərinin alış-veriş təcrübəsini təkmilləşdirməyə davam edir. Bu istiqamətdə təqdim olunan PalmPay sistemi artıq şirkətin 5 mağazasında istifadəyə verilib. Yeni həll müştərilərə ovuc biometrikası vasitəsilə ödənişlərini saniyələr ərzində tamamlamaq imkanı yaradır.

Yeniliyin tətbiqi “Araz”ın innovativ yanaşmasının və rəqəmsal həlləri gündəlik alış-veriş prosesinə inteqrasiya etmək istiqamətində atdığı addımların davamıdır. Müştəri rahatlığını ön planda tutan bu texnologiya kassada ödəniş prosesini daha sadə və sürətli edir.

Xidmətdən istifadə etmək üçün müştəri əvvəlcə PalmPay stendində ovucunu sistemə tanıtmalıdır. Qeydiyyat tamamlandıqdan sonra kassada ovucunu müvafiq cihaza yaxınlaşdırmaqla ödənişini həyata keçirə bilər.

“Araz” müasir texnologiyaları xidmət proseslərinə inteqrasiya etməklə müştərilərə daha rahat alış-veriş imkanları təqdim etməyi hədəfləyir. Ovuc biometrikası ilə ödəniş həlli də bu yanaşmanın praktik nümunələrindən biridir.