Xəbər lenti

Məşhur futbolçu
İdman 12:13 09.11.2022

Məşhur futbolçu "Liverpul"un ulduzunu tənqid etdi

"Beşiktaş"ın sabiq kamerunlu futbolçusu Vinsent Abubakar "Liverpul"un misirli ulduzu Məhəmməd Salahı tənqid edib.

Qaynarinfo xəbər verir ki, kamerunlu hücumçu onunla Məhəmməd Salah arasındakı yeganə fərqin misirli futbolçunun "böyük klub"da oynaması olduğunu bildirib. Əvvəllər də Salahla bağlı tənqidlər səsləndirən Abubakar budəfəki açıqlamasında misirlinin etdiyi hər şeyi edə biləcəyini ancaq insanların buna diqqət yetirmədiyini deyib. Hazırda Səudiyyə Ərəbistanında "Əl-Nassr”in formasını geyinən futbolçu, "Salahdan təsirlənmirəm, onun etdiyi hər şeyi edə bilərəm. Sadəcə, böyük klubda oynamaq imkanım yoxdur. İnsanların münasibətini başa düşürəm. O, Premyer Liqanın ən yaxşı hücumçularından biridir. Amma bu, mənim fikrim və baxış bucağımdır. İnsanların xoşuna gəlmirsə, məni maraqlandırmır” - ifadələrini işlədib.

Salah "Liverpul"un heyətində çıxış etdiyi 5 mövsümdə 170 qola imza atıb, 2017/2018 mövsümündə Afrikada ilin futbolçusu seçilib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->