İngiltərə millisinin 19 yaşlı oyunçusu Hobbi Meynu 40 ildən artıq müddətdə Avropa çempionatının ən yaxşı yarımmüdafiəçisi olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Opta” məlumat yayıb.
Yarımmüdafiəçinin ötürmə dəqiqliyi 96% olub. Meynu AVRO-2024-də 138 ötürmə edib, onlardan yalnız 5-i qeyri-dəqiq olub. Bu, 1980-ci ildən başlayaraq (statistikanın başlanğıcı) ən azı 100 asistlə bütün yarımmüdafiəçilər arasında ən yaxşı göstəricidir.
Xatırladaq ki, İngiltərə yığması iyulun 10-da AVRO-2024-ün yarımfinalında Niderlandla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Nizami Bağırov
Şərhlər