İdman 19:05 25.05.2019

Milli komandamız Avropa Liqasına məğlubiyyətlə başladı

Kişi voleybolçular arasında Gümüş Avropa Liqasına start verilib. 

Qaynarinfo xəbər verir ki, B qrupunda yer alan Azərbaycan yığması ilk turda Rumıniyanı qəbul edib. Oyun komandamızın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Rumınlar ilk seti uduzduqdan sonra ardıcıl 3 hissəni aktivlərinə yazıblar

Voleybolçularımız növbəti oyunlarını mayın 29-da səfərdə Gürcüstana qarşı keçirəcək. 

Gümüş Avropa Liqası
B qrupu
I tur

Azərbaycan - Rumıniya 1:3 (25:23, 21:25, 18:25, 22:25)
Hakimlər: Vlastimol Kovar (Çexiya), Konstantin Selin (Azərbaycan).
Bakı, Voleybol Mərkəzi.