Xəbər lenti

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb (SİYAHI)
Ölkə 16:11 11.12.2018

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb (SİYAHI)

Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Bu barədə modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Qurum rəsmisi bildirib ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Respublikasının Prezidenti Vladimir Putinin imzaladığı "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatın” təsdiq  edilməsi barədə”;

2.  "Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Sazişin təsdiq edilməsi barədə”;

3. ""Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (III oxunuşda);

4. ""Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);

5. ""Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);

6.  ""Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);

7. ""Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);

8. ""Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);

9. ""Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);

10. ""Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);

11. ""Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);

12. ""Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);

13. "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);

14. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi;

15. ""Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda).
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->