Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasının gündəliyi məlum olub.
Bu barədə modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Qurum rəsmisi bildirib ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Respublikasının Prezidenti Vladimir Putinin imzaladığı "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatın” təsdiq edilməsi barədə”;
2. "Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Sazişin təsdiq edilməsi barədə”;
3. ""Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (III oxunuşda);
4. ""Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);
5. ""Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);
6. ""Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);
7. ""Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);
8. ""Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);
9. ""Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);
10. ""Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);
11. ""Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);
12. ""Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);
13. "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);
14. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi;
15. ""Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda).
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər