İdman 16:26 08.12.2021

Millimizin üzvü Qazaxıstan klubunda

Azərbaycan millisinin və "Araz-Naxçıvan”ın hücumçusu Hadi Ahmadi karyerasını Qazaxıstan klubunda davam etdirəcək.

Qaynarinfo Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futzalçı "Bayterek” klubu ilə anlaşıb. Forvard Uralsk təmsilçisi ilə gələn ilin mayına qədər anlaşıb.

"Bayterek” hazırda Qazaxıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Komanda dekabrın 11-də və 12-də "Kayrat”la qarşılaşacaq. Hadinin bu oyunlarda iştirak edəcəyi gözlənilir.
 
Səbuhi Həsənov