Millimizin üzvündən rekord

Millimizin üzvündən rekord

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Serbiya - Azərbaycan (3:1) matçı millimizin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub. 

Qaynarinfo xəbər verir ki, yarımmüdafiəçi seçmə mərhələdə ikinci dəfə Serbiyanın qapısına yol taparaq yığmanın heyətində beşinci qolunu vurub. 

"Neftçi”nin kapitanı bir təqvim ilində millinin heyətində ən çox qol vuran futbolçu kimi rekorda imza atıb. O həmçinin bir seçmə mərhələ ərzində ən çox fərqlənən oyunçu adına yiyələnib - 4 qol.

Mahmudov cari seçmə mərhələdə Serbiyaya iki (Bakı və Belqradda), Lüksemburq və İrlandiyaya bir qol vurub. Həmçinin o, mayda Türkiyə ilə yoxlama matçında da fərqlənməyi bacarıb.
XƏBƏRLƏR
BLOGLAR
X