Xəbər lenti

Milyarder: “Bitcoin 40 min dollara yüksələcək”
Texnologiya 20:35 21.07.2018

Milyarder: “Bitcoin 40 min dollara yüksələcək”

Bitcoin-in sonuncu milyarderlərindən biri də Mark Lesri olub. "Avenue Capital Group”-un təsisçisi olan və şirkət vasitəsilə təxminən 10 milyard dollar dəyərində məhsula sahib olan Lesri Bitcoin haqqında müsbət ifadələr səsləndirib.

Lesri Bitcoin-in qiymətinin qarşıdakı bir neçə ildə 40 min dollara çatacağını bildirib. Əsas istifadənin artması və ticarət əməliyyatlarının asanlaşmasından sonra Bitcoin-in yüksələcəyini söyləyən mütəxəssis bunları da əlavə edib:

"Əsas istifadə artdıqca, daha çox bazarda Bitcoin əməliyyatları başlayacaq və ticarət asanlaşacaq. Bu nöqtədə Bitcoin-ə tələb artacaq. Digər kriptovalyutalar üçün nəsə deyə bilmərəm, amma Bitcoin-ə olan maraq yüksələcək”.

"Square”, "Robinhood” və "Circle” də daxil olmaqla, bir çox platforma Lersinin dediklərini həyata keçirmək üçün çalışırlar. Bitcoin-in daha çox investoru cəlb etməsi üçün aparılan işlər nəticə versə, işlər daha yaxşı görünə bilər.

Hazırda bir çox qurum Bitcoin-in qiymətini təxmin etmək üçün ən vacib məqamın SEC-in verəcəyi ETF qərarının olduğunu düşünür. Bu addımla bazarda müsbət tendensiyanın yaranacağı fikri böyüyür.

Bu qərarlar təsdiqlənəcəksə, bazara böyük pulların daxil olacağı və kriptovalyutaların yüksələcəyi bildirilir.

Lesri Bitcoin-in 300 dollar olduğu vaxtda onu almadığına görə peşman olduğunu qeyd edib. Məlumata görə, o, 1.7 milyard dollar sərvətə sahibdir. Bunun 1%-i ilə Bitcoin alıb.

Lesri qoyduğu pulların özünə aid olduğunu, şirkətlə əlaqəsi olmadığını vurğulayır. (kripto.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->