Xəbər lenti

MN:
Siyasət 13:15 13.07.2020

MN: "Bu səhər düşmənə sarsıdıcı zərbələr endirilib, ərazi itkisi yoxdur"

Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib: "Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hal-hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir".

Vaqif Dərgahlı bildirib ki, bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib. O qeyd edib ki, düşmən itkilərini gzilədir: 

"Səhər saatlarında bölmələrimiz tərəfindən düşmənin dayaq nöqtələrinə, dərinlikdə olan mövqelərinə, avtomobil texnikasına və canlı qüvvəsinə zərbələr endirib. Sadəcə olaraq hər zamankı kimi düşmən itkilərini gizlədir. Təəssüflər olsun ki, Azərbaycan Ordusu da itki verib. Dörd hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Yaralılara lazımi yardım göstərilir. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik!”.

V.Dərfahlı mətbuatı və əhalini qeyri-rəsmi məlumatlardan çəkinməyə, əsasən nazirliyin yaydığı rəsmi xəbərləri inanmağa çalışıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->