"Dom-2”nin keçmiş üzvü, həkimlərin koronavirusun praktiki olaraq uşaqlar üçün təhlükə yaratmadığı barədə "möcüzələr möcüzəsi" ifadəsini bəyənməyib.
Qaynarinfo xəbər verir ki, model və teleaparıcı Alyona Vodonayeva öz Youtube kanalında "Sağlam yaşamaq" verilişinin aparıcısı, tibb elmləri doktoru Yelena Malışevanı koronavirus haqqında saxta fikir yaydığına görə tənqid edib.
"Səhiyyə Nazirliyi mayın 1-dək iki uşağın öldüyünü, 11 uşağın vəziyyətinin ağır olduğunu bildirdiyi halda uşaqların reanimasiyaya düşmədiyini necə dilə gətirmək olar axı?” – model qeyd edib.
Aparıcı vurğulayıb ki, bu cür ictimai şəxslər belə fikirlərinə görə cərimə ilə cəzalandırılmalıdırlar.
Alpər
Şərhlər