Oğlunu hüquq-mühafizə orqanlarından birinə işə düzəltmək istəyən şəxs dələduzluğun qurbanı olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, C.Quliyev oğlu E.Quliyevi işə düzəltdirmək üçün ortaq tanışları vasitəsi ilə tanıdığı şəxsə 40 000 manat pul verib. Sonradan isə aldadıldığını başa düşərək polisə müraciət edib.
Həmin şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Eyni zamanda məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. O, C.Quliyevdən pulu borc məqsədilə aldığını deyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azdlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Seyid
Şərhlər