Xəbər lenti

Anasını döyən şəxs cəzalandırıldı
Ölkə 18:00 06.05.2026

Anasını döyən şəxs cəzalandırıldı

Şəmkir rayonunda döyən şəxs cəzalandırılıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində baş verib. 

Belə ki, 2005-ci ildə Ağdaş rayonunda anadan olmuş S.B. qonşuluqda olan yas yeri barədə söhbət edərkən anası C.B. ilə mübahisə edib. 

Təqsirləndirilən şəxs əvvəlcə əsəbləşərək nəsəsni (anasının anasını) söyüb. Daha sonra stolun üstündəki dəmir sini ilə anasının sifət nahiyəsinə vurub. 

Məhkəmədə C.B. oğlundan şikayətçi olduğunu, ona cəza verilməsini xahiş edib. Təqsirləndirilən şəxs isə anası ilə barışmaq istədiyini, məhkəmədən ona yüngül cəza təyin olunmasını istəyib. 

Məhkəmənin hökmü ilə S.B. Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 240 saat ictimai işlər cəzası təyin olunub. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 

Aydın

--> -->