MSK iki dairə ilə bağlı qərar verdi

MSK iki dairə ilə bağlı qərar verdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 11 saylı Qaradağ Seçki Dairəsindən namizədliyi qeydə alınan Səxavət Soltanlının müraciətinə baxılıb.

APA-nın məlumatına görə bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, araşdırma zamanı səsvermə günü mübahisələndirilən seçki məntəqələrində qanun pozuntuları öz əksini tapmayıb: "Səsvermə günü mübahisələndirilən seçki məntəqələrində qanun pozuntularının baş verməsi ilə bağlı səsvermə günü orada iştirak edən seçki subyüktləri də araşdırma prosesinə cəlb edilib. Ancaq şikayətdə qeyd edilən hallar ümumi araşdırma prosesində öz təsdiqini tapmayıb. Buna görə də təklif edirəm ki, Səxavət Soltanlının müraciəti təmin edilməsin və DSK-nın müvafiq qərarı qüvvədə saxlanılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətçinin müraciətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

İclasda 34 saylı Xətai İkinci Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qəzənfər Baxışovun müraciətinə baxılıb. Bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

R. İbrahimov bildirib ki, şikayət edən namizəd dairə üzrə bütün məntəqələrdə səsvermənin nəticələrini mübahisələndirib. Araşdırma zamanı məlum olub ki, seçki günü namizədin nə özü, nə də müşahidəçiləri məntəqələrdə müşahidə aparıb. 

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR