Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru vəzifəsinə yeni təyinat olub.
APA-nın verdiyi məlumata görə, təşkilatın Moskva bölməsinin rəhbəri İlqar Hacıyev ÜAK-ın icraçı katibi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bu ilin fevralın 5-də Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclasında qurumun prezidenti Məmmədbağır Əliyev icraçı direktor vəzifəsini Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanova təklif edib.
Q. Osmanov isə hazırda diplomatik fəaliyyətlə məşğul olduğunu əsas gətirərək, təklifi qəbul edə bilməyəcəyini bildirib.
Qaynar.info
Şərhlər