Şair Maarif Soltan İsmayıllıda ziyarət etdiyi şair Musa Yaqubun son fotolarını paylaşıb.
Qaynarinfo Publika.az-a istinadən xəbər verir ki, M.Soltan fotolara bu şərhi yazıb:
"Şair dostum Tofiq Nurəliylə Buynuza, böyük şairin ziyarətinə getmişdik. Çox zəifləmişdi, heysiz idi, danışa bilmirdi… Gözəl sənətkarımız Yaqub Zurufçu da ailəsi ilə gəlib çıxdı. Şairi həyətə çıxartdıq, zarafatlaşdıq, dedik-güldük. Günün sonunda bir də gördük, Musa Yaqub da bizə qoşulub dil-dil ötür, heç elə bil bayaqkı adam deyildi. Pozitiv enerjinin, həqiqətən, böyük təsiri olurmuş".
Şərhlər