NATO Qarabağda baş verənləri müzakirə edəcək

NATO Qarabağda baş verənləri müzakirə edəcək

NATO-nun xarici işlər nazirləri dekabrın 1-2-də videokonfrans formatında keçiriləcək Şimali Atlantika Şurasının iclasında Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər.

 TASS xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

"Nazirlər Rusiyanın Alyans ətrafında hərbi fəallığının genişləndirilməsinə cavab olaraq daha nələr edə biləcəyimizi müzakirə edəcəklər. Rusiya nüvə arsenalını müasirləşdirir və yeni raketlər buraxır, uzaq şimaldan Liviya və Suriyaya qədər yeni qüvvələr ortaya qoyur. Biz, həmçinin Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiyanın hərbi mövcudluğunu artırdığını görürük", - deyə NATO Baş katibi vurğulayıb. (Unikal.org)
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR