Dünya 15:27 05.10.2022

NATO Rusiyanın sualtı internet kabellərinə hücumuna hazırlaşır - "Bloomberg"

İki "Şimal axını” qaz kəmərində baş verən partlayışlar NATO ölkələrini Rusiyanın dünya üzrə internet məlumatlarının və telefon trafikinin təxminən 98%-ni daşıyan sualtı kabellərə mümkün hücumundan narahat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazıb.

"Bizim nəzəri olaraq onun (dərin su infrastrukturu - red.) həssas ola biləcəyi ilə bağlı narahatçılıqlarımız var idi, lakin "Şimal axını"ndakı partlayışlardan əvvəl biz belə hadisələr görməmişdik”, deyə "Bloomberg” "Marşal” Alman Fondunun təhlükəsizlik və müdafiə siyasəti üzrə baş tədqiqatçısı Kristina Berzinanın sözlərindən sitat gətirir. 

Onun sözlərinə görə, hazırda su altında olan infrastruktura potensial hücumlar narahatlıq doğurur.

Nəşr yazır ki, Moskva Norveçdən qitəyə təbii qazı ötürən boru kəmərlərini, rabitə və məlumat mübadiləsini təmin edən 400 sualtı kabeldən hər hansı birini hədəfə ala bilər.

"Şimal axını 1” və "Şimal axını 2” qaz kəmərlərinin üç xəttində baş verən partlayışların səbəbləri məlum deyil. Aİ onları "təxribat” adlandırıb və qınayıb, Rusiya prezidenti Vladimir Putin isə baş verənlərə görə anqlo-saksonları günahlandırıb. Danimarka, İsveç və Almaniya hakimiyyət orqanları insidentlə bağlı rəsmi araşdırmalar aparır.

Nizami Bağırov