Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurum sədrinin təqdimatı, nazir Sahil Babayevin müvafiq əmri ilə Əliyev Müseyib Fayaz oğlu vəzifəsindən azad olunub.
Əlavə olunub: Dövlət Məşğulluq Agentliyindən saytımıza bildirilib ki, Müseyib Əliyev öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, 29 may 2024-cü ildən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Sadiq Əliyev təyin olunub.
Xatıradaq ki, Müseyib Əliyev isə 2021-ci ilin sentyabr ayından Dövlət Məşğulluq Agentliyində çalışıb. O, "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri və "Azərpoçt" MMC-də müxtəlif vəzifələrdə çalışıb.
Aydın
Şərhlər