Xəbər lenti

Gürcüstan Azərbaycana banan ixracından gəlirini 7 dəfəyə yaxın artırdı
Ekonomiks 19:35 23.01.2026

Gürcüstan Azərbaycana banan ixracından gəlirini 7 dəfəyə yaxın artırdı

Ötən il Gürcüstan Azərbaycana 6,2 milyon ABŞ dolları dəyərində 6 min 701 ton banan ixrac edib.

"Report"un məlumatına görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 6,6 dəfə və 6 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstandan analoji məhsullar tədarük edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrə 9 milyon ABŞ dolları dəyərində 9 min 779 ton banan satıb ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 72 % və 58 % çoxdur.

Hesabat dövründə Gürcüstandan Tacikistana 1,2 milyon ABŞ dolları dəyərində 1 min 283 ton, Türkmənistana 966 min ABŞ dolları dəyərində 1 min 62 ton, Ermənistana 223 min ABŞ dolları dəyərində 241 ton, Türkiyəyə 220 min ABŞ dollar dəyərində 264 ton banan göndərilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricə 5,2 milyon ABŞ dolları dəyərində 6 min 200 ton banan satıb ki, bunun da 945 min ABŞ dolları dəyərində 1 min 113 tonu Azərbaycanın payına düşüb.
--> -->