Xəbər lenti

Küçəni zibilləyən sürücü cəzalandırıldı
Ölkə 18:28 23.01.2026

Küçəni zibilləyən sürücü cəzalandırıldı

Nəsimi rayonu, Salamzadə küçəsi 53-də ətrafı zibilləyən sürücü həbs olunub. 

Qaynarinfo-nun məlumatına görə, 1992-ci il təvəllüdlü Q.Z. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub. İşə məhkəmədə baxılıb. 

Məlum olub ki, təqsirləndirilən şəxs Nəsimi rayonu, Salamzadə küçəsində "Qazel" markalı maşının içərisindəki zibil yığınını süpürərək yerə atıb. Polis əməkdaşları ona yaxınlaşıb və şəxsiyyətini təqdim etməsini xahiş edib. Buna cavab olaraq həmin şəxs nəlayiq ifadələr işlətməklə polisin qanuni tələblərinə tabe olmayıb. 

Məhkəmənin qərarı ilə Q.Z. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib. O, 8 gün müddətə həbs edilib. 

Aydan
--> -->