Bakıda və Abşeron yarımadasında iyunun 7-si axşam saatlarında 9-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Bu barədə Qaynarinfo-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
İyunun 9-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
İyunun 7-si gündüz şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Qeyri-sabit hava şəraiti iyunun 11-dək davam edəcək.
Şərhlər