Foto 14:40 23.05.2020

Nazirlikdən veteran idmançılara dəstək (FOTOLAR)

Gənclər və Idman Nazirliyinin təşkilatçılığı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin 30-dan artıq könüllüsünün iştirakı ilə Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə yaşayan 70-dən artıq idman veteranına yardım göstərilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Gənclər və Idman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Yardım göstərilənlər sırasında Yaşar Məmmədov, Rafiq Məlik-Yeqanov, Tofiq Babanlı, Lyudmila Şubina, Rəfiqə Şabanova, Elxan Əliyev, Camal Yaqubov, Şahmar Mustafayev, Məryəm Bağbanlı, Yaqub Məmmədov, İsmayıl Əbdülqədir, Elmira Hüseynova, Züleyxa Hacıyeva və digər veteran idmançılar olub.