Xəbər lenti

İdman 09:52 22.07.2026

"Neftçi" 3 il sonra yenidən Avropa səhnəsində

"Neftçi” 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayır.

Qaynarinfo xəbər verir ki, "ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk "Dinamo”su ilə üz-üzə gələcək. Hazırda "Dinamo” 14 turdan sonra Belarus çempionatının lideridir.

Bakıdakı "8-ci kilometr” stadionunda keçiriləcək görüş yerli vaxtla saat 20:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe” stadionunda keçiriləcək.

Xatırladaq ki, "Neftçi” avrokuboklarda (Konfrans Liqası) sonuncu dəfə 2023/24 mövsümündə çıxış edib.

Əlavə edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi "Zirə” isə növbəti oyununu sabah Estoniyada yerli "Payde”yə qarşı keçirəcək.
 
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun

20.00 Neftçi (Azərbaycan) - Dinamo (Belarus)
Hakimlər: Konstantinos Fellas, Marios Kaloqirou, Giorgios Çaralampous, Konstantinos Neofytou (Cənubi Kipr).
8-ci km stadionu.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->