Britaniyalı tanınmış jurnalist Pirs Morqan Argentina millisinin kapitanı Lionel Messi barədə kəskin fikirlər səsləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Çempionat" nəşri məlumat yayıb.
Morqan bildirib: "İndiyədək gördüyüm ən acınacaqlı mənzərələrdən biri idi. Messi ətrafında yaradılmış saxta aura bu dünya çempionatında tamamilə dağıldı. O, qəddar quldur dəstəsinin hiyləgər başçısı idi".
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatının finalında İspaniya millisi Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Aydın
Şərhlər