İdman 20:30 27.11.2021

"Neftçi" "Səbail"i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Səbail"i qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 20-ə çatdıran hazırkı ölkə çempionu üçüncü pilləyə yüksəlib. "Dənizçilər" isə 9 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda "Sabah" evdə "Keşlə"ni məğlub edib - 2:1. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.