Avropa Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək püşkatması ərəfəsində UEFA iştirakçıları qruplara bölüb.
Qaynarinfo xəbər verir ki, "Qəbələ" və "Neftçi"nin potensial rəqibləri müəyyənləşib.
Həmin raundda II təsnifat mərhələsinin 37 cütünün qalibi, Çempionlar Liqasında eyni mərhələnin Liqa yolunun 2 cütündə uduzan komandalar, həmçinin mübarizəyə bu turdan başlayan 13 klub qüvvəsini sınayacaq. Püşk öncəsi 39 cüt və 13 komanda 5 qrupa bölünüb.
II təsnifat mərhələsində Tula "Arsenal"ını mübarizədən kənarlaşdırsa, növbəti raundda "səpələnmişlər" səbətində yer alacaq. Bu isə o deməkdi ki, Bakı klubu iyulun 22-də keçiriləcək püşkatmada reytinqi nisbətən aşağı olan komandalardan biri ilə qarşılaşacaq.
"Neftçi” - "Arsenal” cütünün qalibi Avropa Liqasının 4 qarşılaşması və ya 2 komandadan biri ilə görüşəcək. Bunlar "Utrext” (Hollandiya) - "Zrinski" (Bosniya və Herseqovina), ÇSKA (Bolqarıstan) - "Osiyek” (Xorvatiya), "Lütsern” (İsveçrə) - "Klaksvik” (Farer adaları), "Honved" (Macarıstan) - "Universitatya” (Krayova, Rumıniya) cütləri, həmçinin "Trabzonspor” (Türkiyə) və "Bney Yehuda” (İsrail) klublarıdı.
"Qələvə" - "Dinamo” (Tiflis) cütü bcz 1-ci qrupun "səpələnməmişlər"indən biridi. Bu duelin qalibini püşkdə 5 mümkün variant gözləyir. Avropa Liqasının II təsnifat mərhələsinin "Hapoel Bier-Şeva” (İsrail) - "Kayrat” (Qazaxıstan), "Apollon” (Cənubi Kipr) - "Şemrok Rovers” (İrlandiya), "Torino” (İtaliya) - "Debretsen" (Macarıstan) cütlərinin qalibləri, həmçinin Çempionlar Liqasının "Viktoriya” (Çexiya) - "Olimpiakos” (Yunanıstan) qarşılaşmasında uduzan komanda və yarışa bu raunddan başlayacaq "Feyenoord” (Hollandiya) təmsilçimizin mümkün rəqibləridi.
Qeyd edək ki, püşkatma sabah İsveçrənin Nyon şəhərində baş tutacaq.
Şərhlər